Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu çayın faydaları saymaqla bitmir

Bu çayın faydaları saymaqla bitmir

Tarix: 1 Sentyabr 2023 07:57

Narıngi müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Burada C, A, B qrupu vitaminlər, orqanik turşular, pektinlər, fitonsidlər, minerallar və s var.

Milli.Az saglamolun.az-a istinadən məlumat verir ki, mandarinin qabıqları da çox qiymətli müalicəvi məhsuldur. Meyvəsini yeyib, qabıqlarını dəmləyib içsəniz meyvəni bütöv halda dəyərləndirmiş olacaqsınız.

Bunun üçün 2 orta ölçüdə olan mandarin qabıqlarını xırda doğrayın, termosa qoyun, üzərinə 1 stəkan isti (qaynar yox!) su tökün, 3-4 saat dəmləyin. Sonra dəmləməni yaxşı süzün və bu çayı gün ərzində adi çay kimi için. Çaya bal da əlavə edə bilərsiniz.

Bu çayın bir çox faydalı xüsusiyyətləri var:

- immun sistemini möhkəmləndirir

- öskürək və bronxit zamanı bəlğəmgətirici və iltihabəleyhinə təsir edir

- ishal zamanı bağırsaqları "yığır"

- bağırsaqlara antiseptik təsir edir

- qurdqovucu təsirə malikdir

- stresi və sinir gərginliyi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır

- qanda şəkərin səviyyəsini normallaşdırır (təbii ki, bu məqsədlə istifadə olunan çaya bal əlavə olunmur)

- soyuqdəymə zamanı çox faydalıdır.

Milli.Az


Etiketlər:  Bu çayın faydaları saymaqla bitmir


RƏYLƏR