Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2019 15:52
Moldova millisinin yeni baş məşqçisi müəyyənləşib.
Qol.az-ın Moldova Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə türk çalışdırıcı Engin Fırat təyin edilib. O, istefaya göndərilən Semyon Altmanı əvəzləyib. 49 yaşlı mütəxəssisin Avro-2020-nin seçmə mərhələsində noyabrda keçiriləcək Fransa və İslandiya ilə matçlarda komandanın başında olacağı bildirilib.
Qeyd edək ki, Türkiyə və Almaniya klublarında əsas məşqçi və köməkçi kimi işləyən E.Fıratın son olaraq ABŞ-ın "Dallas Siti" klubunda texniki direktor olub.
İranın bir sıra klublarını da çalışdırmış E.Fırat 2008-2009-cu illərdə millidə Əli Daeinin köməkçisi işləyib.