Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2023 08:16
Türkiyənin Dənizli şəhərinin Honaz rayonunda idarəetmədən çıxan yük avtomobili (TIR) qarşı tərəfə keçərək sərnişin avtobusu ilə toqquşub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 05:00-da (Bakı vaxtı ilə 06:00) baş verən hadisədə 6 nəfər ölüb, 43 nəfər yaralanıb.
Qeyd olunub ki, zərbənin gücündən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.