Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın rəqibi: “Yenidən Avropa Liqasının yarımfinalında oynamaq istəyirik”

“Qarabağ”ın rəqibi: “Yenidən Avropa Liqasının yarımfinalında oynamaq istəyirik”

Tarix: 2 Sentyabr 2023 17:22

"Bayer 04" (Almaniya) klubunun nümayəndələri Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi ilə bağlı təəssüratlarını bölüşürlər. Xatırladaq ki, "Bayer" Azərbaycanın "Qarabağ", Norveçin "Molde" və İsveçin "Hekken" klubları ilə oynayacaq.

Milli.Az İdman.biz-ə istinadən xəbər verir ki, Monakoda keçirilən püşkatma mərasimində lisenziyalı komandaların direktoru Tomas Eyhinlə birlikdə iştirak edən baş direktor Fernando Karro bunları deyib:

"Qrupumuzda lazımi hörmətlə yanaşacağımız maraqlı rəqibləri səbirsizliklə gözləyirəm. Qrup qələbəsi yeganə hədəfimiz ola bilər. Keçən mövsüm (Avropa Liqasının) yarımfinalına çıxmaqla bağlı eyforiya bizə daha çox şeyə həvəs yaratdı - biz bunu yenidən etmək istəyirik".

Milli.Az


Etiketlər:  Qarabağın rəqibi Yenidən Avropa Liqasının yarımfinalında oynamaq istəyirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ