Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vilayət Eyvazov ona yeni vəzifə verdi

Vilayət Eyvazov ona yeni vəzifə verdi

Tarix: 3 Sentyabr 2023 00:18

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni komandir təyin edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Musayev Çərkəz Akif oğlu adıçəkilən qurumda baş inspektor vəzifəsini icra edəcək.

Ç.Musayev bu təyinata qədər Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsin yol patrul xidmətinin baş inspektor vəzifəsində çalışıb.

Milli.Az


Etiketlər:  Vilayət Eyvazov ona yeni vəzifə verdi


RƏYLƏR