Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Günel Nyu-Yorkda Hollivud aktyoru ilə görüşdü – FOTO

Günel Nyu-Yorkda Hollivud aktyoru ilə görüşdü – FOTO

Tarix: 3 Sentyabr 2023 00:45

ABŞ-da yaşayan keçmiş teleradio aparıcısı Günel Hümbətova "Pianoçu" filmi ilə daha da məşhurlaşan Hollivud aktyoru Edrien Broudi ilə görüşüb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, Günel Nyu-Yorkda qatıldığı sərgidə aktyorla bir araya gəlib. 

Bu anı telefonun kamerasına həkk edən Hümbətova E.Broudi ilə çəkdirdiyi fotonu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Günel paylaşımına "Avqustun son günü əyləncəli keçdi. Nyu-Yorkda incəsənət tədbirlərində iştirak etmək həmişə böyük təcrübədir. Bu həm də gözəl insanlarla tanış olmaq şansıdır" sözlərini yazıb. 
Qeyd edək ki, G.Hümbətova bir neçə ay əvvəl həyat yoldaşı Firuz Soliyevlə boşandığını açıqlayıb. Cütlük 2015-ci ildə ailə qurub və ABŞ-a köçüb. Keçmiş aşiqlərin Jozefina adlı bir qızı var. 

Milli.Az


Etiketlər:  Günel Nyu Yorkda Hollivud aktyoru ilə görüşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ