Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qayıqdakı partlayışda yaralanan 3 nəfərdən 2-nin vəziyyəti ağırdır - Xəstəxana

Qayıqdakı partlayışda yaralanan 3 nəfərdən 2-nin vəziyyəti ağırdır - Xəstəxana

Tarix: 29 Oktyabr 2019 18:15

Bakı. Samir Əli - Trend:

Xəzər dənizində SOCAR-ın geoloji kəşfiyyat qayığında baş verən partlayış zamanı xəsarət alan 3 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alanlardan 2-nin vəziyyəti ağır, 1 nəfərin isə vəziyyəti orta ağır qiymətləndirilir.

Yaralılarda əsasən bədənin ön səthinin, sifət nayihəsinin yanıqları, qəlpə yaraları xəsarətləri aşkarlanıb.

Hazırda yaralıların müalicə və müayinəsi davam edir.

Xatırladaq ki, oktyabrın 29-da saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

Nəticədə şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qayıqdakı partlayışda yaralanan nəfərdən vəziyyəti ağırdır Xəstəxana


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ