Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2023 19:10
56 yaşlı amerikalı musiqiçi, "Smash Mouth" qrupunun keçmiş solisti və qurucularından biri Stiven Harvelin ciddi xəstəlik səbəbiylə bir həftəyə yaxın ömrü qalıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi qaraciyər çatışmazlığı ilə bağlı xəstəliyin son mərhələsindədir.
O, bir neçə gün öncə xəstəxanadan evə buraxılıb. Yaxın dostları və qohumları sənətçi ilə vidalaşmaq üçün onu ziyarət edirlər.
Qeyd edək ki, 10 il əvvəl Harvelə ürəyin qanı pompalaya bilmədiyi bir xəstəlik olan kardiomiopatiya diaqnozu qoyulub. Xəstəliyə görə onda ürək çatışmazlığı, eləcə də ifaçının yaddaşına və nitqinə mənfi təsir göstərən Vernik ensefalopatiyası yaranıb.
Musiqiçinin uzun müddət alkoqol asılılığı ilə mübarizə apardığı məlum olub. 2021-ci ildə sənətçi qrupdan ayrılmaq qərarına gəlib.