Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bir ayağım məzardadır''

''Bir ayağım məzardadır''

Tarix: 6 Sentyabr 2023 00:00

Bir zamanların məşhur modeli Linda Evanqelista səhhətindəki problemlərdən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "The Wall Street" jurnalına müsahibə verən keçmiş model beş ildir süd vəzi xərçəngi ilə mübarizə apardığını etiraf edib:

"Şiş illik mamoqramma zamanı 2018-ci ildə aşkar edildi. Hər şeyin arxada qalacağını və xərçəngin məni daha öldürməyəcəyini düşünərək tərəddüd etmədən dərhal ikitərəfli mastektomiyanı (süd vəzilərinin əməliyyatla çıxarılması) seçdim. Ötən yay yenidən sinəmdə şiş hiss etdim. Bir ayağım məzardadır, ona görə də yaşadığım hər gün üçün xoşbəxtəm. Mən sağ olduğum üçün çox şadam".

Milli.Az


Etiketlər:  ayağım məzardadır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR