Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2023 12:58
Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim 70 yaşını qeyd edib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, doğum günündə maraqlı anlar yaşanıb.
Məşqçi doğum gününün keçiriləcəyi restorana Çempionlar Liqasının himni ilə giriş edib. Daha sonra onun qızları Merve və Buse "Bana bir masal anlat baba" mahnısını oxuyub.
F.Terimin doğum günündə Türkiyənin bir çox məşhur simaları yer alıb. Acun Ilıcalı, Kıvanc Tatlıtuğ, Beren Saat, Yılmaz Erdoğan kimi məşhurlar qonaqlar sırasında olub.
Acun Ilıcalı instaqram hesabında doğum gününün fotolarını "Çempionlar Liqası kimi anlar" başlığı ilə paylaşıb.