Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2023 13:42
Superliqa komandalarından olan "Adana Dəmirspor" Azərbaycan komandalarından "Qarabağ"da çıxış edən 29 yaşlı qapıçı Şahruddin Məhəmmədəliyevi heyətinə qatmağa hazırlaşır.
Sonxeber.net İdman.biz-ə istinadən xəbər verir ki, bu haqda Türkiyənin "Fanatik" nəşri yazıb.
"Transfer dövrünün bağlanmasına az qalmış "Adana Dəmirspor" işlərini davam etdirir. Klub Azərbaycan millisinin və "Qarabağ"ın 29 yaşlı qapıçısı Şahruddin Məhəmmədəliyevlə 2+1 illik razılığa gəlib", - yazıda qeyd olunub.
Nəşr qeyd edib ki, Ş.Məhəmmədəliyev yeni komandasına azad agent kimi keçəcək və yerli statusda çıxış edəcək.