Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

1 000 yaşlı mumiya tapıldı - VİDEO

1 000 yaşlı mumiya tapıldı - VİDEO

Tarix: 7 Sentyabr 2023 16:44

Perunun paytaxtı Limanın yaşayış massivində arxeoloji sahədə 1 000 illik mumiya aşkar edilib.

Sonxeber.net "report"a istinadən bildirir ki, nadir tapıntı barədə arxeoloqlar "Reuters"ə danışıblar.

Alimlərin fikrincə, mumiya bükülmüş ayaqları ilə oturmuş vəziyyətdə olub. Onun uzun saçları və, demək olar, tamamilə sağlam çənəsi var. Bu, min il öncə, İnkaların bölgəyə gəlməsindən əvvəl müasir Perunun mərkəzi sahillərində inkişaf edən İçsma mədəniyyətinin ilk çağında yaşamış bir yetkin insandır.

Qalıqların yanında keramik qablar, qumaş və digər əşyalar tapılıb. Əvvəllər bu ərazidə mumiyalar və ərməğanlar artıq aşkar edilib. Uzmanlar buranı Pandora qutusu adlandırırlar. Onların fikrincə, bu ərazidə daha çox şey aşkarlamaq mümkündür.

Peru ən çox Maçu-Pikçu üzərindəki piramidaları ilə tanınır. Bununla belə, bu ərazi İnka İmperiyasının yüksəlişindən yüzilliklər əvvəl çiçəklənən digər ispanöncəsi mədəniyyətlərə də ev sahibliyi edib.


Etiketlər:  yaşlı mumiya tapıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ