Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan Prezidenti xalqa müraciət etdi: ''Heç vaxt...''

Gürcüstan Prezidenti xalqa müraciət etdi: ''Heç vaxt...''

Tarix: 7 Sentyabr 2023 22:10

Gürcüstan Prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" partiyasının ona qarşı impiçment təşəbbüsünə münasibət bildirib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Prezident Zurabişvili xalqa müraciətində öz vəzifəsində qalacağını, getməli olduğu səfərlərə davam edəcəyini vurğulayıb.

"Mən olmalı olduğum yerdəyəm və hara getməliyəmsə oraya gedəcəm, bu mənim konstitusion öhdəliyimdir".

Prezident yalnız xalq qarşısında öhdəlik daşıdığını, ona görə də xalqa müraciət etdiyini əlavə edib.

Qeyd edib ki, xalq onu Avropanı və Gürcüstanın Avropa gələcəyini dəstəklədiyi üçün prezident seçib və bunu fərqindədir.

Zurabişvili ölkənin korrupsiya, əhalinin xaricə köçü, rusiyalıların nəzarətsiz daxil olması kimi problemləri olduğunu və bu problemlərin addım-addım həll edilməli olduğunu qeyd edib.

Onun sözlərinə görə, Gürcüstandakı bütün qurumlar öz səlahiyyətləri çərçivəsində ölkənin Avropaya inteqrasiyasını təşviq etmək üçün hər şeyi etməlidir: "Ona görə də mən Berlində, Brüsseldə, Parisdə olmuşam".

Zurabişvili Avropaya səfərinin öz vəsaiti hesabına baş tutduğunu, lakin bunun ölkə adına doğru olmadığını, bu cür vacib görüşlərə prezidentlərin öz hesablarına getməməli olduğunu deyib. O, səfərlərə davam edəcəyini, digər Avropa paytaxtlarına da səfər etməklə bağlı planları olduğunu bildirib.

Prezident Gürcüstanın heç vaxt Rusiyanın ayaqları altına düşməyəcəyini vurğulayıb.


Etiketlər:  Gürcüstan Prezidenti xalqa müraciət etdi Heç vaxt


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ