Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ayda “yatmış” aparatının şəkli çəkilib: Onun “oyanacağı” vaxt açıqlandı - FOTO

Ayda “yatmış” aparatının şəkli çəkilib: Onun “oyanacağı” vaxt açıqlandı - FOTO

Tarix: 8 Sentyabr 2023 00:50

NASA-nın orbital aparatı Hindistanın "yuxuya gedən" "Vikram" eniş aparatının fotosunu çəkib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, təsvirdə eniş aparatının tünd düzbucaqlı kölgəsi görünür.

Qeyd edək ki, eniş aparatı "Pragyan" roverini Aya aparıb. Məlumata görə bu aparat da söndürülüb.

Hindistanlı alimlər hər iki qurğunun Ayda çox soyuq gecədən salamat çıxa biləcəyi və yenidən tədqiqat missiyasını davam etdirəcəyi ümidindədirlər.

Mütəxəssislərin proqnozuna görə, hər iki qurğu artıq sentyabrın 22-də "oyanıb" işlərinə davam edə bilər.

Milli.Az


Etiketlər:  Ayda yatmış aparatının şəkli çəkilib Onun oyanacağı vaxt açıqlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ