Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2023 14:52
Çinin Fujyen əyalətində "Haikui" qasırğası ilə əlaqədar 300 minə yaxın insan təxliyə edilib, iki nəfər ölüb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Fujyen əyalətinin daşqın və quraqlıqla mübarizə üzrə qərargahının verdiyi məlumata əsasən, daşqınlar burada yaşayan 1,6 milyona yaxın insana zərər vurub. Qasırğa 10 min hektara yaxın əkin sahəsini yuyub aparıb, 2,5 mindən çox evə ziyan dəyib və ya tamamilə dağılıb. Birbaşa iqtisadi zərər 700 milyon dollardan (1,1 milyard manat) çox təşkil edib.
Xatırladaq ki, "Haikui" tropik qasırğası sentyabrın 5-də Çinin cənubundakı Quandun və şərqi Fujyen əyalətlərini vurub.