Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni süni zəka modeli hazırlanır

Yeni süni zəka modeli hazırlanır

Tarix: 8 Sentyabr 2023 19:40

The Information saytının verdiyi məlumata əsasən Apple şirkəti hal hazırda bir neçə süni zəka modelinin hazırlanması ilə məşğuldur və onlar müxtəlif komandalar arasında bölünüblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, şirkət isə onların təlimatlandırılması üçün hər gün milyonlarla dollar vəsait xərcləyir. Məlumatda qeyd edilib ki, şirkətin nitq istiqamətində süni zəka modelinin hazırlanması ilə məşğul olan şöbəsi Foundational Models adlanır. Bu şöbəyə 16 nəfər mütəxəssis daxildir və onların arasında keçmiş Google mühəndisləri də var. Bu şöbəyə rəhbərliyi isə şirkətin süni zəka şöbəsinin rəhbəri John Giannandrea edir.

O, şirkətə 2018-ci ildə Siri-nin yaxşılaşdırılması üçün qoşulub. Süni zəka texnologiyası üzərində şirkətin digər komandaları da çalışırlar. Məsələn Visual Intelligence adlı şöbə fotoların tərtib edilməsi ilə məşğul olan süni zəka modeli üzərində, digər bir komanda isə mətnlərin tanınması və tərtibatı ilə məşğul olan multimodal süni zəka modeli üzərində çalışır. Anonim şəxslərin vermiş olduqları məlumata əsasən Apple hal hazırda Ajax GPT adlı təkmilləşdirilmiş dil modelinə sahibdir. Məlumatda qeyd edilib ki, sözügedən dil modeli özündə 200 milyard parametri birləşdirir və o, OpenAI şirkətinin GPT-3.5 dil modelindən daha güclüdür.

Milli.Az


Etiketlər:  Yeni süni zəka modeli hazırlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ