Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2023 23:36
Əvvəllər belə hesab olunurdu ki, qida qəbulu zamanı su içmək olmaz ki, bu mədə şirəsini durulaşdırır, həzm proseslərinə mənfi təsir edir.
Sonxeber.net saglamolun.az-a istinadən xəbər verir ki, son zamanlar alimlər bu fikirdən imtina ediblər. Araşdırmalar göstərib ki, mədə şirəsini cüzi durulaşdırmaq üçün 5 l su lazımdır.
Alimlər araşdırıblar ki, qida qəbulu zamanı içilən su əksinə həzm proseslərini asanlaşdırır, qanın qatılaşmasının və arterial təzyiqin artmasının qarşısını alır.
Burada bəzi məqamlara diqqət etmək lazımdır. Yemək yeyəndə adi su içmək lazımdır, qazlı sular, mineral sular, şirələri içmək tövsiyə edilmir. Su soyuq olmamalıdır.
Yeməkdən dərhal sonra çay içmək olmaz. Çay qidada olan zülalların və dəmirin mənimsənilməsi proseslərini pozur.