Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2023 13:06
Rusiyanın Kursk vilayətinin Lqov şəhərində 22 nəfər şaurmadan zəhərlənib, bir nəfər isə həyatını itirib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor") məlumat yayıb.
"Rospotrebnadzor" müştərilərin zəhərlənməsi halları ilə əlaqədar iaşə obyektinin fəaliyyətini dayandırıb.
Qeyd olunur ki, artıq xammal və məhsullardan nümunələr götürülüb və laboratoriyaya göndərilib.