Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaradağda KURYOZ OĞURLUQ... - VİDEO

Qaradağda KURYOZ OĞURLUQ... - VİDEO

Tarix: 10 Sentyabr 2023 17:54

Qaradağ rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, zərərçəkən polisə məlumat verərək naməlum şəxsin kilidi sındırıb mənzilə daxil olduğunu və oradan 41 min ABŞ dolları, 23 min manat, eləcə də 50 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Ülvi Hacıyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla Ülvi Hacıyevin Lökbatan qəsəbəsində yerləşən daha bir evdən oğurluq etməsi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Qaradağda KURYOZ OĞURLUQ VİDEO


RƏYLƏR