Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2023 15:56
Hazırda Rusiyanın Ryazan vilayətində yaşayan Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Sankt-Peterbuq şəhərinə köçməyə qərar verib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Knaysl TASS-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Peterburqa özünün rəhbərlik etdiyi GORKİ (The Geopolitical Observatory for Russia's Key İssues) mərkəzində işləmək üçün gedir:
"Mən GORKİ-nin təsisçisiyəm və ona rəhbərlik edirəm. Orada iş çox olduğundan və çox diqqət tələb etdiyindən, Sankt-Peterburqa köçmək qərarına gəldim".
Qeyd edək ki, 2018-ci il avqustun 18-də Avstriya xarici işlər naziri Karin Knayslın toy mərasimində Rusiya Prezidenti Vladimir Putin də iştirak etmişdi. Hətta toy mərasimi zamanı Putinlə Knaysl rəqs də etmişdilər.