Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anasının silahı ilə dərsdə sinif yoldaşını GÜLLƏLƏDİ

Anasının silahı ilə dərsdə sinif yoldaşını GÜLLƏLƏDİ

Tarix: 14 Sentyabr 2023 16:10

Krasnodar diyarında yeniyetmələr tapançanın necə işlədiyini yoxlamaq istəyiblər.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə Gülkeviçi şəhərində baş verib. Şagirdlərdən birinin atası həyat yoldaşına özünümüdafiə məqsədilə silah alıb. 16 yaşlı yeniyetmə də tapançanı şkafdan oğurlayaraq, məktəbə gətirib.

Soyunma otağında bədən tərbiyəsi zamanı məktəbli oğlan lovğalanmağa başlayıb. Nəticədə sinif yoldaşına atəş açıb.

Hadisədən sonra müəllimlər polisə müraciət ediblər. Atəş açan məktəblinin sözlərinə görə, onunla zərərçəkmiş arasında heç bir münaqişə olmayıb. Yeniyetmə bildirib ki, o, sadəcə bir adamı vursa nə olacağını anlamaq istəyib. Təsadüfən sinif yoldaşı yaxınlıqda olub. Hadisə zamanı zərərçəkmiş bel nahiyəsindən yüngül xəsarət alıb.


Etiketlər:  Anasının silahı ilə dərsdə sinif yoldaşını GÜLLƏLƏDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ