Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2023 23:54
Türkiyə futbolunun və "Fənərbağça"nın əfsanələrindən olan Burhan Sargın 93 yaşında vəfat edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, Dünya çempionatında het-trik edən ilk və tək türkiyəli futbolçu olub.
"Canavar" ləqəbli Sargın milli komandası ilə 8 dəfə meydana çıxıb. O, 1954-cü ildə İsveçrədəki DÇ-də Cənubi Koreyaya qarşı oyunda 3 top vurub.
Sargın futboldan ayrıldıqdan sonra vaxtilə formasını geyindiyi "Fənərbaxça" klubunda menecer vəzifəsində çalışıb.