Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

SÜRPRİZ! Tanınmış sima "Qarabağ"da - VİDEO

SÜRPRİZ! Tanınmış sima

Tarix: 16 Sentyabr 2023 07:20

"Qarabağ"ın düşərgəsində sürpriz qonaq peyda olub.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, söhbət tanınmış boksçumuz Lorenso Sotomayordan gedir.

Milliləşdirilən kubalı "Azərsun Arena"ya baş çəkib.

O, tanış futbolçularla görüşüb.

Arenanın meydanına isə Kolumbiyalı Kevin Medinanın geyim dəstində çıxıb.

Boksçu 2003-2021-ci illərdə Azərbaycan yığmasının üzvü olub.

O, 2016-cı il 31-ci Yay Olimpiya Oyunlarının gümüş medalçısı, 2015-ci il 1-ci Avropa Oyunlarının qalibi olub.

2021-ci ildə karyerasın başa vuran Lorenso Sotomayor Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "şöhrət" ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Milli.Az


Etiketlər:  SÜRPRİZ Tanınmış sima Qarabağda VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ