Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2023 11:08
11:06
Yağan güclü yağış nəticəsində yaranan sel suları Lerik, Astara, Zaqatala və Balakən rayonlarında yol infrastrukturuna və yol qurğularına ziyan vurub.
Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Hal-hazırda yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur, yolların və yol qurğularının bərpası istiqamətində aparılan işlər davam etdirilir.
--------
10:06
Astarada rayonunun Vaqo kəndində körpü uçub.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Sözügedən körpü Vaqo kəndini Siyaku, Miki, Toradi, Hamoşam kəndləri ilə birləşdirir. Körpünün uçması nəticəsində əhalinin şəhər mərkəzi ilə əlaqəsi kəsilib.
Sözügedən görüntüləri təqdim edirik: