Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2023 10:35
Aktrisa Farah Zeynep Abdulla PKK terror təşkilatı tərəfindən ölümlə təhdid edilib.
Sonxeber.net olay-a istinadən bildirir ki, buna səbəb aktrisanın bir müddət öncə aktyor Yılmaz Güneylə bağlı işlətdiyi sərt ifadələr olub.
Farah "Twitter"də "Deyək ki, kinomuzda qadınları döyən, zorakılıq növləri ilə zəngin və silahlardan yaxşı istifadə edən ən yaxşı kişidir" - sözlərini yazıb.
Ölüm təhdidi alan aktrisa prokurorluğa müraciət edib.
Qeyd edək ki, Farah Zeynep Abdullanın sözügedən ifadələrinə görə, Yılmaz Güneyin ailəsi də aktrisadan şikayətçi olacağını açıqlamışdı.