Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvanda bu gün də mitinq keçiriləcək

İrəvanda bu gün də mitinq keçiriləcək

Tarix: 20 Sentyabr 2023 12:15

Ermənistan müxalifəti bu gün axşam saatlarında yeni mitinq keçirməyi planlaşdırır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Ana Ermənistan" blokunun rəhbəri Andranik Tevanyan sosial şəbəkə hesabında canlı yayımda açıqlayıb.

Onun sözlərinə görə, aksiya iştirakçılarının əsas tələbi Baş nazir Nikol Paşinyanın istefası olacaq. 

Xatırladaq ki, dünən İrəvanda hökumət əleyhinə etiraz aksiyası keçirilib. Aksiya zamanı 34 nəfər xəsarət alıb. Polis 16 nəfəri saxlayıb. Bununla yanaşı, etirazçılar Rusiyanın ölkədəki səfirliyinin binasına girişi də bağlayıb. Çox sayda insan binanın həm əsas, həm də arxa girişinin önünə toplaşıb. Polis daha sonradan binaya girişi bərpa edib.

Milli.Az


Etiketlər:  İrəvanda gün mitinq keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ