Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirir

Ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirir

Tarix: 30 Oktyabr 2019 17:56

Bakı. Trend:

Ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirir. Müsabiqədə 18 yaşınadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.

Rəsmlər A3 formatda işlənməli və bu rəsmlərin müəllifləri haqqında qısa məlumat, o cümlədən əlaqə telefonları, həmçinin müsabiqə iştirakçılarının bir ədəd fotoşəkli (4x5 ölçüdə) 27 noyabr 2019-cu il saat 18:00-dək Ombudsman Aparatına (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 80, Hökumət evi, II qapı) təqdim edilməlidir.

Müsabiqənin qalibləri aşağıdakı meyarlara uyğun seçiləcək:

Rəsm əsərinin müsabiqənin mövzusuna uyğun olması; BMT-nin Uşaq Hüquqları Konvensiyasının müvafiq müddəasının rəsmlərdə öz əksini tapması; Rəsmin mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı.

İştirakçılar rəsmlərini müsabiqə başa çatdıqdan sonra on gün ərzində geri götürə bilərlər. Qalib hesab edilmiş rəsmlər geri qaytarılmır.

Qeyd: müsabiqənin mövzusuna uyğun olmayan mövzularda çəkilmiş rəsmlər nəzərə alınmayacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ombudsman dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirir


RƏYLƏR