Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2023 12:28
ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenski ilə gözlənilən görüşdə onun münaqişə zonasındakı vəziyyətlə bağlı qiymətləndirməsini eşitmək istərdi.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Prezident bu görüşdə döyüş meydanındakı vəziyyətlə bağlı qiymətləndirməni birbaşa Ukraynanın baş komandanından eşitmək istəyir", - deyə Kirbi bildirib.
Qeyd edək ki, Zelenski hazırda BMT Baş Assambleyasının iclası ilə əlaqədar Nyu Yorkda səfərdədir. Onun Ağ Ev lideri ilə görüşü gözlənilir.