Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2023 00:14
İspaniya Mülki Qvardiyası və Fransa Milli Polisi bahalı hotel komplekslərində oğurluqla məşğul olan üç nəfəri saxlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, şübhəlilər iki ölkədə ən azı 12 quldurluq ediblər. Onların 4,5 milyon avro dəyərində əşyalar oğurladığı güman edilir. Söhbət ləl-cəvahirat, bahalı çantalar və digər qiymətli əşyalardən gedir.
Qrupun lideri Fransada qanuni yaşayan Əlcəzair vətəndaşı olub. Əməliyyat Avropa Polis Agentliyi ilə birgə həyata keçirilib.