Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ŞİDDƏTLİ FIRTINA: Ölənlər var

ŞİDDƏTLİ FIRTINA: Ölənlər var

Tarix: 22 Sentyabr 2023 07:22

Cənubi Afrikada şiddətli fırtına səbəbindən nəhəng dalğalar sualtı qayıqda personalın ölümünə səbəb olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Cənubi Afrika Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Hadisə Keyptaunun Kommetjie sahillərində yerləşmiş "SAS Manthatisi" sualtı qayığında baş verib.

Sualtı qayıqda olan 7 nəfərdən üçü ölüb.

Ölənlər arasında Afrikada sualtı qayığa komandanlıq edən ilk qadın zabit olan 33 yaşlı leytenant Gillian Hektorun da var.

Prezident Siril Ramafosa ölənlərin ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Milli.Az


Etiketlər:  ŞİDDƏTLİ FIRTINA Ölənlər var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ