Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2019 20:16
Bakı. Trend:
Çili Prezidenti Sebastyan Pinyera noyabr ayında Santyaqoda keçirilməsi planlaşdırılan Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) təşkilatının sammitini təxirə salıb.
Trend-in məlumatına görə, bu qərar bir neçə həftədir ki, ölkədə davam edən etiraz aksiyaları ilə bağlı qəbul edilib.
Bundan başqa, Çili hökuməti COP25 iqlim forumunu da təxirə salmalı olub.
Sammitin və forumun hansı vaxtda keçiriləcəyi barədə məlumat verilmir.
Xatırladaq, oktyabrın ortalarından paytaxt Santyaqoda və Çilinin digər şəhərlərində sosial zəmində irimiqyaslı etiraz aksiyalar keçirilir. Aksiyalar bəzi yerlərdə iğtişaşlara çevrilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin