Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eyni hekayəni iki dəfə təkrar danışdı

Eyni hekayəni iki dəfə təkrar danışdı

Tarix: 22 Sentyabr 2023 17:46

ABŞ Prezidenti Co Bayden onun seçki kampaniyasına sponsorluq edən şəxslərlə yarıqapalı görüş zamanı bir neçə dəqiqə fərqlə eyni hekayəni iki dəfə danışıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, görüş zamanı Bayden yenidən ABŞ prezidenti seçilmək planlarını da açıqlayıb.

Amerika liderinin sözlərinə görə, keçmiş Prezident Barak Obamanın administrasiyasında işləyərkən onun Birləşmiş Ştatlara rəhbərlik etmək kimi bir niyyəti olmayıb, lakin ABŞ-də ifrat sağçı qüvvələrin 2017-ci ilin avqust ayında Şarlotsvill şəhərində keçirilən mitinqindən sonra fikrini dəyişib.

"2017-ci ildə Şarlotsvilldə, 1930-cu illərin əvvəllərində Almaniyada olduğu kimi, zorakı, antisemit çıxışlar edən svastikalı həmən insanları xatırlayırsınız? Həmin vaxt bir qız da ölmüşdü", - deyə Co Bayden xatırladıb.

Lakin bu nitqinin üstündən heç bir neçə dəqiqə keçməmiş C.Bayden eyni fikirləri yenidən təkrarlayıb.

Milli.Az


Etiketlər:  Eyni hekayəni iki dəfə təkrar danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ