Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2023 02:04
Debbi Vud əri Stiv Vudu o qədər qısqanır ki, ona başqa qadınları görə biləcəyi hər hansı bir platformaya girişi qadağan edib. Lakin zaman keçdikcə, bununla kifayətlənməyib hətta yalan detektoru da alıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, 2015-ci ildə "Bu səhər" adlı televiziya proqramına qatılan cütlük yenidən sosial medianın gündəminə düşüb. Debbi Vud və əri Stiv Vud arasında olduqca maraqlı münasibət var.
Debbi çox qısqanc qadındır və münasibətlərində özünü təhlükəsiz hiss etmək onun üçün çox vacibdir. Ona görə də ərinin elektron poçtlarını, bank hesablarını və telefonunu mütəmadi olaraq yoxlayır.
Bu, müəyyən dərəcədə normal sayıla bilər, amma Debbi onu da bildirir ki, ərinə televiziyada qadınları izləməyi, jurnallarda qadın şəkillərini görməyi qadağan edib. Qadın hətta ərinin kompüterinə uşaq filtri əlavə edərək ərini virtual aləmdəki bütün qadınlardan uzaqlaşdırır.
Stiin sözlərinə görə, o, əvvəllər müxtəlif idman proqramlarına baxmaqdan həzz alırdı. Lakin bu da belə verilişlərdə çoxlu gözəl qadınların yer aldığı üçün qadağan edilib.
Əslində, işlərin bir az da çılğınlaşdığını söyləmək səhv olmaz. Debbi hətta Stivin başqa qadınlarla əlaqəsi barədə həqiqəti söyləməsinə əmin olmaq üçün yalan detektoru da alıb.
Kənardan ekstremal görünən cütlüyün münasibəti onlar üçün olduqca normaldır. Stiv hətta proqramda bildirir ki, arvadının qısqanclığı göründüyü qədər çətin deyil.
Debbiyə hədsiz qısqanclığa səbəb olan Otello sindromu diaqnozu qoyulduqdan sonra yenidən manşetlərə düşüb. Psixoloqlar düşünürlər ki, Debbi dörd illik sevgilisi ilə ayrıldıqdan sonra travma alıb.