Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məsciddə güclü yanğın

Məsciddə güclü yanğın

Tarix: 25 Sentyabr 2023 23:14

İsveçin Eskilstun şəhərindəki ən böyük məsciddə güclü yanğın baş verib. Hadisə yerində polis və fövqəladə xidmətlər işləyir. Əraziyə giriş-çıxışa məhdudiyyət qoyulub, güclü duman müşahidə olunur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yanğın haqqında məlumat bazar ertəsi günü yerli vaxtla saat 12:30-da daxil olub.

"Hadisə yerinə dörd müxtəlif stansiyadan təxminən 15 yanğınsöndürmə briqadası gəlib. Əsas binanın damı yanıb. Onu xilas etmək mümkün olmayıb. Xoşbəxtlikdən xəsarət alan yoxdur", - deyə xilasetmə xidmətinin növbətçi zabiti Anders Sessler bildirib.

Yaxınlıqda yerləşən evlərin sakinləri məsciddə partlayış səsləri eşitdiklərini deyiblər. Fövqəladə xidmətin məlumatına görə, binada heç nə partlamayıb.

"Yanğın vaxtı partlayışlar müxtəlif səbəblərdən baş verə bilər, lakin, misal üçün yanan binada qaz balonlarının partladıqları barədə heç bir məlumatımız yoxdur", - deyə A.Sessler qeyd edib.

Hazırda hadisədə cinayət tərkibi görünmür. "Yanğının səbəblərini daha sonra araşdırılmalı olacağıq", - deyə polis nümayəndəsi Anjelika Forsberq vurğulayıb.


Etiketlər:  Məsciddə güclü yanğın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ