Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real Madrid"in yeni baş məşqçisi olacaq

Tarix: 26 Sentyabr 2023 09:24

"Bayer" (Leverkuzen)in baş məşqçisi Xabi Alonso 2024/25 mövsümündən etibarən "Real Madrid"in baş məşqçisi təyin olunacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, "qaymaqlılar"a hazırda italiyalı mütəxəssis Karlo Ançelotti başçılıq edir. İyul ayında Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodriqes Ançelottinin 2024-cü ildə Braziliya millisinə keçəcəyini açıqlamışdı.

41 yaşlı Alonso 2022-ci ildən "Bayer" (Leverkuzen) klubuna rəhbərlik edir. Bu mövsüm onun yetirmələri Bundesliqada 5 turdan sonra 13 xalla ikinci pillədə qərarlaşıb, əlavə göstəricilərə görə "Bavariya"dan geri qalırlar.

Futbolçu kimi Alonso 2009-2014-cü illərdə "Real Madrid"də çıxış edib və komandanın heyətində İspaniya çempionu, iki dəfə ölkə Kubokunun qalibi, Çempionlar Liqasının, UEFA Superkubokunun qalibi olub.

Alonso həmçinin "Eybar", "Real Sosedad", "Liverpul" və "Bavariya"da da çıxış edib. İspaniya millisinin formasını geyərkən o, Dünya Kubokunu qazanıb və iki dəfə Avropa çempionu olub.

Milli.Az


Etiketlər:  Real Madridin yeni baş məşqçisi olacaq


RƏYLƏR