Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin "real Polat Alemdar"ının ailəsi ölümlə təhdid olunur - FOTO

Türkiyənin

Tarix: 27 Sentyabr 2023 16:24

1996-cı ildə Susurluk qəzasında ölən Abdullah Çatlının qızı, kürəkəni və xanımı məhkəməyə müraciət edib.

Milli.Az bildirir ki, onların iddiasına görə yas mərasimlərinin birində tanış olduqları Tuğfan S. adlı şəxs tərəfindən ölümlə təhdid olunurlar.

Çatlının qızı Gökçen Çatlı bildirib ki adıçəkilən şəxs ona cinsi təcavüz edib.

Həmin şəxs isə iddiaları təkzib edir.

Qeyd edək ki, "Kurtlar Vadisi" serialının baş rol obrazı Polat Alemdarın başına gələn olayların Abdullah Çatılının həyatından götürüldüyü iddia olunur. Hətta, Polatın serial boyunca dəfələrlə işlətdiyi "sonunu düşünen kahraman olamaz" ifadəsi Abdullah Çatılının ən çox istifadə etdiyi cümlə olub.

İsmayıl
Milli.Az


Etiketlər:  Türkiyənin real Polat Alemdarının ailəsi ölümlə təhdid olunur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ