Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polşada ilk atom elektrik stansiyası tikiləcək

Polşada ilk atom elektrik stansiyası tikiləcək

Tarix: 27 Sentyabr 2023 19:44

Polşa ilk atom elektrik stansiyasının tikintisinə dair ABŞ-la saziş bağlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Müqavilə ABŞ-nin "Westinghouse" və "Bechtel" şirkətləri ilə Polşanın dövlət şirkəti "Polskie Elektrownie Jadrowe" arasında imzalanıb.

Atom elektrik stansiyası Baltik dənizi sahilində Pomeraniya bölgəsində yerləşəcək.

Keçən il Polşa səlahiyyətliləri layihə üçün tərəfdaş kimi ABŞ-ı seçdiklərini elan ediblər. Polşa hər birində üç reaktor olan iki atom elektrik stansiyasının tikintisinə 40 milyard dollar xərcləməyi planlaşdırır.

Milli.Az


Etiketlər:  Polşada ilk atom elektrik stansiyası tikiləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ