Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2023 20:00
ABŞ Məxfi Xidmətinin 11 agentini prezident Co Baydenin iti dişləyib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə CNN məlumat yayıb.
Gizli Xidmətin sözçüsü Entoni Quqlielmi telekanala bildirib ki, agentliyin başqa bir əməkdaşı "birinci ailənin ev heyvanı ilə təmasda olub" və onu dişləyib. Həkimlər zərərçəkmişə lazım olan hərtərəfli yardım göstəriblər.
ABŞ Məxfi Xidmətinin keçmiş əməkdaşı Conatan Vakrou jurnalistlərə bildirib ki, Baydenlər ABŞ Prezident iqamətgahının yüzlərlə əməkdaşını iş yerində ciddi təhlükəyə məruz qoyurlar. Keçmiş agentin fikrincə, bu qəbildən olan bircə hadisəni bədbəxt hadisə kimi silmək olar, lakin belə hadisələrin sayı problemin ciddiliyindən xəbər verir.
Hazırda itin dişlədiyi Məxfi Xidmət agentlərinin sayı 11-ə çatıb.