Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncənin stadion dərdi bitir: 16 minlik arena TİKİLƏCƏK

Gəncənin stadion dərdi bitir: 16 minlik arena TİKİLƏCƏK

Tarix: 27 Sentyabr 2023 21:42

Azərbaycanın ikinci şəhəri olan Gəncənin stadion problemi birdəfəlik həll olunacaq.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, artıq bununla bağlı dövlət tərəfindən əməli işlərə start verilib.

Belə ki, Gəncədə yeni 16 minlik stadion tikiləcək. Artıq yaxın günlərdə inşaat işlərini aparacaq şirkət indiki stadionun söküntüsünə başlayacaq.

Tikinti işlərinin 2025-ci ilin birinci yarısında başa çatdırılması gözlənilir. Bu müdddətdə "Kəpəz" ev oyunlarını başqa şəhərdə keçirməli olacaq. Yeni stadionun tikintisinə birbaşa olaraq Gənclər və İdman Nazirliyi nəzarət edəcək.

Bu yaxınlarda 2025-ci ildə ölkəmizdə təşkil olunacaq 3-cü MDB Oyunlarının məhz Gəncəyə salınması barədə qərar qəbul olunub. Stadionun tikintisinin həmçinin bu yarışla bağlı olduğu bəlli olub. Çünki yarışların açılış mərasimi məhz Gəncə şəhər stadionunda olmalıdır. Hazırkı arena isə tələblərə cavab vermir.

Qeyd edək ki, hələ ötən əsrin 60-cı illərində tikilən arena artıq istismar müddətini başa vurub. Hətta stadionun tribunaları qəzalı vəziyyətdə olduğu üçün PFL yalnız 3 minə qədər azarkeşin matçlara buraxılmasına icazə verilib.  

Milli.Az


Etiketlər:  Gəncənin stadion dərdi bitir 16 minlik arena TİKİLƏCƏK


RƏYLƏR