Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2023 22:55
Rusiyanın Federal Vergi Xidməti Lerçek kimi tanınan bloger Valeriya Çekalinanı vergiləri ödəmədiyinə görə 124 milyon rubl (təxminən 2 milyon 182 min manat) cərimə ödəməyə məcbur edəcək.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə blogerin vəkili Konstantin Tretyakova məlumat yayıb.
Onun sözlərinə görə, Federal Vergi Xidməti qərarını sentyabrın 18-də verib. Xidmət Çekalina və əri Artemdən cərimə ödəmələrini tələb edib.
Tretyakov əlavə edib ki, hazırda cütlük bunu edə bilməz, çünki onların əmlakına və hesablarına cinayət işi çərçivəsində həbs qoyulub.