Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toyda atəşfəşanlıq 100 nəfərin ölümünə səbəb oldu

Toyda atəşfəşanlıq 100 nəfərin ölümünə səbəb oldu

Tarix: 28 Sentyabr 2023 11:24

İraqın Neynəva vilayətində toy zamanı baş verən dəhşətli yanğının səbəbi açıqlanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, yanğına səbəb təhlükəsizlik tədbirlərinin mövcud olmaması və binanın içərisində qapalı məkanda fişəng yandırılması olub. 

İraq Daxili İşlər Nazirliyinin məlumatına görə, eyni zamanda binanın qəza çıxışlarının bağlı olması da yanğın qurbanların sayının çox olmasına səbəb olub. Bununla yanaşı, binanın inşası zamanı yanğına davamlı olmayan materiallardan istifadə olunduğu da bildirilir. 

Xatırladaq ki, İraqın şimalında baş verən sözügedən hadisə zamanı ölən və yaralananların ümumi sayı 450 nəfərə çatıb. Bəy və gəlin hazırda koma vəziyyətindədirlər. Ölkədə hadisə ilə bağlı üçgünlük matəm elan edilib.

Milli.Az


Etiketlər:  Toyda atəşfəşanlıq 100 nəfərin ölümünə səbəb oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ