Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2023 02:48
İnsanın hansı bədən istiliyindən ölə biləcəyi açıqlanıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, terapevt Qalina Aksenova həkimlərin hansı bədən istiliyini normal hesab etdiyini və hansı göstəricilərin həyat üçün təhlükəli olduğunu deyib.
Onun sözlərinə görə, qoltuqda ölçülən bədən istiliyi 36,0-37,0 dərəcə arasında normaldır. Eyni zamanda mütəxəssis qeyd edib ki, hər bir insanın öz temperatur norması var. Bəziləri üçün bu rəqəm 36,6 dərəcə, digər insanlar üçün 35,7 dərəcə, bəziləri üçün isə 37,0 dərəcədir.
Terapevt onu da bildirib ki, uşaqlarda böyüklərlə müqayisədə normal bədən istiliyi daha yüksəkdir.
İnsanda hərarət 42 dərəcədən yuxarı qalxdıqda orqanizmdə zülal məhv olur, istilik vurması baş verir və mərkəzi sinir sisteminin və bütün orqanlarda nasazlıqlar yaranır.
Bu temperatur ölümcül hesab olunur. Bununla belə, bəzi "xronikalar" üçün onun göstəricisi 38,5 dərəcədən ola bilər.