Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azad olunmuş ərazilərdə minalar zərərsizləşdirilib - VİDEO - FOTO

Azad olunmuş ərazilərdə minalar zərərsizləşdirilib - VİDEO - FOTO

Tarix: 29 Sentyabr 2023 10:39

Azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində ötən həftə ərzində 199 ədəd tank əleyhinə, 94 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirib.

Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bundan başqa, mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 8 km-dək yeni təminat yolları çəkilib:

"Qısa müddət ərzində 300 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib. Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdəki yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir".

Milli.Az


Etiketlər:  Azad olunmuş ərazilərdə minalar zərərsizləşdirilib VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ