Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hadisədən ilk sevgilisi barədə sensasion sözlər: ''20 il əvvəl...''

Hadisədən ilk sevgilisi barədə sensasion sözlər: ''20 il əvvəl...''

Tarix: 29 Sentyabr 2023 19:45

Yeni mahnımın adının "Sevmiyo" olduğuna baxmayın. Həm sevməyin, həm də sevilməyin nə demək olduğunu öyrəndiyim bir dövrdəyəm... Bu mahnını ilk eşidəndə ağlıma gələn bircə insan var idi... 20 il əvvəl ilk baxışdan aşiq olduğum, münasibətimiz ərzində hər gün yenidən aşiq olduğum və o vaxtdan məni tamamlayan ilk sevgim. Məndən nə vaxtsa aşiq olduğumu soruşsanız, bax bu hekayənin baş qəhrəmanı, 20 il əvvəl əsl sevgini yaşadığım ilk adam və tək sevgimi anladaram.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki bu sözləri yeni klipində erotik görüntüləri ilə gündəm yaradan müğənni Hadisə instaqramda yazıb. Müğənni şəxsi həyatı barədə sensasion etiraflar edib.

"Bəzi insanlar ürəyinizdə yalnız xoş hisslər qoyur, ona görə də onlara yalnız ən yaxşısını arzulayırsan və onları həmişə yaxşı xatırlayırsan. İlk sevgimlə olan hekayəm də mənə sadəcə özümü yaxşı hiss etdiyimi xatırladır.

Əslində hər bitən münasibətdən sonra o adama aid olan hər nə varsa, dərhal silirəm, heç vaxt saxlamıram. Amma ilk sevgilimlə olan fotolarımı belə silmədim, atmadım. Səyahətlərimizin biletlərini belə saxladım. Budur, unuda bilməyəcəyiniz və hər zaman ürəyinizdə xüsusi qalacaq o insan üçün yazılmış mahnı...

Mən sizə əsl sevgi hekayəmi danışdım... Sizə hər mahnının hekayəsini danışıram. "Sevmiyo" da belə hikayəyə şahidlik etdi. Maşınla səssiz getdiyimiz uzun bir səfər kimi... Sevməkdən yorulub dincəlmək kimi... Həm qorxub, həm də dəlicəsinə istəmək kimi... Eşq kimi... Qızmar bir yay kimi...", - sənətçi qeyd edib.


Etiketlər:  Hadisədən sevgilisi barədə sensasion sözlər əvvəl


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ