Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Tarix: 29 Sentyabr 2023 21:08

Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, güclü yağış və daşqınlardan sonra Nyu-York ştatı, Lonq-Aylend və Hudson vadisində fövqəladə vəziyyət elan olunub.

Nyu-York şəhərinin Fövqəladə Hallar İdarəsi vətəndaşlara mümkün küçə daşqınları barədə xəbərdarlıq edib.

"Güclü yağıntılar nəticəsində həddindən artıq su axını şəhər ərazilərində, magistral yollarda, küçələrdə və yeraltı keçidlərdə, eləcə də digər drenaj sahələrində və alçaq ərazilərdə daşqınlara səbəb olacaq", - deyə Nyu-York rəsmisi bildirilib.

Milli.Az


Etiketlər:  Yorkda fövqəladə vəziyyət elan edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ