Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona” iflas və tamamilə yox olmaq təhlükəsi ilə üz-üzədir

“Barselona” iflas və tamamilə yox olmaq təhlükəsi ilə üz-üzədir

Tarix: 29 Sentyabr 2023 22:46

"Barselona" iflas və tamamilə yox olmaq təhlükəsi ilə üz-üzədir. 124 illik tarixə malik klub özünün keçmiş rəhbərliyi və İspaniya Futbol Federasiyası arasındakı korrupsiya sxemlərindən əziyyət çəkir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bundan əvvəl Kataloniya klubu İspaniya Kral Futbol Federasiyasının hakimlər texniki komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyraya rüşvət verməkdə ittiham olunub.

Barselona istintaq məhkəməsinin rəhbəri, işə rəhbərlik edən Xoakin Agirre klubdan Neqreyraya 7,5 milyon avro ödənilməsini cinayət hesab edib. Məhkəmənin mövqeyinə görə, heç bir vəzifəli şəxs vəzifəsinin icrasına görə əlavə haqq almamalıdır.

Korrupsiyada Neqreyranın özü, oğlu Xavyer Enrikes, həmçinin "Barselona"nın keçmiş prezidentləri Josep Bartomeu və Sandro Rossella ittiham olunur. Təqsirləri sübut olunarsa müttəhimləri 3 ildən 6 ilə qədər həbs gözləyir.

Milli.Az


Etiketlər:  Barselona iflas tamamilə yox olmaq təhlükəsi ilə üz üzədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ