Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2023 14:12
Prezident İlham Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanda dəyişiklik edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 9, maddə 981) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.3-cü bənddə və 3.3.1-ci yarımbənddə "məlumat bazasına" sözləri "informasiya sisteminə" sözləri ilə əvəz edilsin.
2. 2.4-cü bənddə "elektron məlumat bazasının (bundan sonra - məlumat bazası)" sözləri "informasiya sisteminin (bundan sonra - informasiya sistemi)" sözləri ilə əvəz edilsin".