Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2023 11:40
Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, yerli vaxtla saat 09.30 radələrində bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib.
Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib.
Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb.