Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2023 14:48
Almaniya televiziyasında Azərbaycanın Qarabağ bölgəsində mövcud vəziyyət müzakirə olunub.
Almaniyanın ZDF telekanalının müxbiri Sebastyan Em erməni əhalisinin Qarabağı tərk etməsinin səbəbi ilə bağlı aparıcının sualını cavablandırarkən qeyd edib ki, bölgəni tərk edən ermənilərlə apardığı söhbətlərə əsasən Azərbaycan ordusu erməniləri Qarabağdan evlərindən çıxarmayıb. Bunu BMT-nin Ermənistandakı nümayəndəsi də təsdiqləyib.
Lakin müxbirin sözlərinə görə, Qarabağdakı ermənilər "son hərbi toqquşmadan sonra mənəvi və fiziki depressiyaya düşüblər". Bölgədə yaşayan ermənilərin əksəriyyəti qalıb Azərbaycan vətəndaşı olmaqdansa Ermənistana getməyə üstünlük verib.
Aparıcının münaqişənin son nəticədə həll olunduğunu hesab etmək olarmı sualını cavablandıran reportyor hazırda mübarizənin bitdiyi qənaətində olduğunu bildirib. Azərbaycan ordusu böyük üstünlüyə malikdir və əzmkar qələbə qazanıb.
Sebastyan Em onu da vurğulayıb ki, Azərbaycan hökumətinin yerli ermənilərin reinteqrasiyası ilə bağlı planı var. Müxbir bildirib ki, İlham Əliyev Qarabağda böyük infrastruktur layihələri həyata keçirmək və on minlərlə azərbaycanlını bu torpaqlara qaytarmaq niyyətindədir.