Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2023 22:32
"Qarabağ"ın uğurlarının başlıca səbəblərindən biri kollektiv daxilində xoş əhval-ruhiyyənin hökm sürməsidir. İndiyə qədər futbolçular arasında sosial şəbəkələrdə müxtəlif zarafatlara rast gəlmişik. İnternet əyləncəsinin başında dayanan ad isə Kevin Medinadır.
Sonxeber.net sportinfo.az-a istinadən xəbər verir ki, komandanın ən pozitiv üzvü olan kolumbiyalı müdafiəçi bu dəfə Şahruddinə "ilişib".
Azərbaycan millisinin qapıçısı "Qarabağ"ı "Adana Demirspor"a dəyişməsinə baxmayaraq, Medina zaman-zaman ona söz atır, Şah da hansısa formada cavabını verib.
Kevin bu dəfə "Adana Demirspor" formasındakı Şahruddinlə oturub gözlərini bir nöqtəyə zilləyən meymun şəklini yanaşı paylaşaraq "hər zaman ləzzət al, qardaşım" və "gözəldir bu axmaq həyat" sözlərini yazıb.
Şahruddinin atmacalı paylaşımı cavabsız qoymayacağı gün kimi aydındır.